Daşkənd dünyanın ən çirkli havası olan şəhərə çevrilib

12:23 18.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bazar ertəsi axşam Özbəkistanın paytaxtı IQAir reytinqində havanın çirklənməsinə görə dünyada birinci olub.

Hafta.az bildirir ki, Daşkənd son günlər bölgədəki hava şəraitinə görə Dehlini qabaqlaya bilib. Bundan başqa, şəhərdə saysız-hesabsız ağacların kəsilməsi, nizamsız kütləvi tikinti işləri, avtomobillərin sayının artması havanın çirklənməsinin artmasına səbəb olur.

Daşkəndin havasında PM-2,5 incə hissəciklərinin konsentrasiyası 212 mkq/m3 təşkil edib ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına görə “çox zərərli” səviyyədir, belə havanın çirklənməsi normadan 42,4 dəfə çoxdur.

"Şəhərdə uzun müddət yağıntıların olmaması və böyük antropogen yüklə əlaqədar yolların suvarılması və təmizlənməsinə, tikinti obyektlərinin tozluğunun azaldılması tədbirlərinə, zibillərin vaxtında yığılmasına diqqət artırılmalıdır. Daşkənddə havanın keyfiyyətinin yaxşılaşdırılması üçün , şəhərin yaşıllaşdırılması və abadlaşdırılması üçün əlavə tədbirlər görmək lazımdır”, - deyə sinoptiklər bildirib.