Dəfn zamanı meyitlər səhv düşdü

21:07 20.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Hatay şəhərinin Samandağ rayonunda dəfn zamanı cənazələr səhv düşüb.

Hafta.az oxu.az-a istinadən xəbər verir ki, 83 yaşlı Həlimə Dağ və 90 yaşlı Zəhra Doğru eyni gündə vəfat ediblər.

Onların cənazələri xəstəxananın morqunda səhv düşüb.

H.Dağın dəfni zamanı meyitin ona aid olmadığı üzə çıxıb. Mərhumun qohumları bu barədə xəstəxanaya xəbər veriblər. Z.Doğru dəfn edildiyi yerdən çıxarılaraq ailəsinə təhvil verilib.