Deputatlar koronavirus testi verdilər

15:51 21.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı götürülmüş profilaktik test nümunələrinin nəticələri sabah açılqlanacaq.

Bu barədə hafta.az-a Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Milli Məclisin deputatlarından, Aparatın əməkdaşlarından COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.

Qeyd edək ki, bundan öncəki Covid-19 testində Milli Məclisin bir neçə əməkdaşı və deputat Sahib Alıyevdə koronavirus aşkarlanıb.