“Dərs vaxtı” proqramında “Virtual məktəb” dərsləri yayımlanacaq

16:52 11.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Növbəti həftədən etibarən “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərslərinin yayımına start veriləcək.

Təhsil Nazirliyindən hafta.az-a verilən xəbərə görə, dərslərdə "Virtual məktəb"lə bağlı müraciətlər təhlil edilərək, ən çox verilən suallar cavablandırılacaq və platformadan səmərəli istifadə ilə bağlı təlimatlar təqdim olunacaq.

Həftədə iki dəfə yayımlanacaq dərslərin efir vaxtı ilə “Dərs vaxtı” proqramının gündəlik cədvəlində tanış olmaq olar.