Diaspora nümayəndələrimiz Bazeldə musiqi və kulinariya təqdimatı təşkil ediblər

10:57 23.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan diasporunun nümayəndələri İsveçrənin Bazel şəhərində musiqi və kulinariya təqdimatı təşkil ediblər.

Hafta.az xəbər verir ki, bu barədə bazar günü özünün "Twitter" səhifəsində Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov yazıb.

"Azərbaycan diasporunun Azərbaycanın Dostları Assosiasiyasından olan nümayəndələri Bazeldə “Nar bağı” Azərbaycan filminin nümayiş olunduğu Querfeld Mədəniyyətlərarası Film Festivalının tamaşaçıları üçün gözəl Azərbaycan musiqisi və kulinariyasının təqdimatını təşkil ediblər. Səfirlik diasporumuzun fəallarına təşəkkür edir", - deyə səfir bildirib.