Yazını böyüt
Yazını kiçilt
Bir sıra kütləvi informasiya vasitələrində (KİV) Dövlət Gömrük Komitəsinin strukturunda yeni “Məxfi sənədlərlə iş şöbəsi” adlı struktur bölmə yaradıldığı, Rüfanə Əsədovanın həmin şöbəyə rəis təyin olunduğuna dair məlumatlar yayılıb.
Hafta.az xəbər verir ki, bunu Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bu gün "Facebook" hesabında qeyd edib.
"Bildiririk ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Belə ki, həmin şöbə illər əvvəl yaradılıb və Rüfanə Əsədova da yarandığı gündən həmin şöbəyə rəhbərlik edir".