Dövlət Miqrasiya Xidmətinin rəisi müraciətləri dinləyib

10:06 28.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 27-də Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov vətəndaşların müraciətlərini onlayn formatda dinləyib.

DMX-dan hafta.az-a bildiriblər ki, müraciətlər əsasən miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.