DSMF pensiyalarla bağlı məlumat yaydı

12:10 06.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin may ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 127,9 min nəfərdən çox olub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) hafta.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, onlardan 99,6 min nəfərdən çoxu yaşa, 14 min nəfərdən çoxu əlilliyə, 14,2 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.