Dünya əhalisinin sayı 2050-ci ildə pik həddinə çata bilər

15:56 27.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mövcud inkişaf meylləri davam edərsə, dünya əhalisi 2050-ci ildə 8,6 milyarda çata və 2100-cü ilə qədər 7 milyarda düşə bilər. Bazar ertəsi, martın 27-də Britaniyanın “New Scientist” jurnalı məlumat yayıb. O, “Roma Klubu” beynəlxalq ictimai təşkilatının təşəbbüsü çərçivəsində hazırlanmış Earth4All modelinə istinad edib.

Eyni zamanda, 2100-cü ilə qədər təxmin edilən rəqəm digər proqnozlarla müqayisədə 2-3 milyard azdır.

Mütəxəssislər hesab edirlər ki, hakimiyyət yoxsulluğun və bərabərsizliyin azaldılmasına sərmayə qoysa, 2040-cı ildə 8,5 milyard pik həddə çatacaq, əsrin sonunda isə 6 milyarda qədər azalmaya nail olunacaq.

Earth4All hesabatının müəlliflərindən biri Beniamino Kallegari, "Rəqəmlər əvvəllər düşündüyü kimi qorxulu olmasa belə, bu, bizim problemimiz olmadığı anlamına gəlmir" deyib.

Oxunma sayı 77