Dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə Türkiyədir

10:20 07.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki qərargahından bu gün verilən açıqlamaya görə, Türkiyə bu il dünyada ən çox qaçqına ev sahibliyi edən ölkələr siyahısında birinci olub.

Hafta.az-ın DW-yə istinadən yazdığına görə, builki reytinqlə Türkiyə 9 ildir ki, ən çox sığınacaq axtaran ölkələrin siyahısına başçılıq edir.

BMT QAK-dan verilən açıqlamada Türkiyədə 3,6 suriyalı və 318 mini digər ölkələrdən gələn təxminən 4 milyon qaçqın yaşadığı bildirilir. Ancaq bunlar rəsmi rəqəmlərdir və real rəqəm qat-qat yüksəkdir. Suriyalılarla yanaşı, ən çox sığınacaq axtaran ölkələrə Əfqanıstan və İraq başçılıq edir.

BMT QAK-dan verilən açıqlamada Türkiyənin 6 fevralda 11 əyaləti təsir edən güclü zəlzələdən sonra sığınacaq axtaranlarla bağlı daha çox beynəlxalq dəstəyə ehtiyacı var. Bəyanatda vurğulanıb ki, “UNHCR ilk növbədə qaçqınların çadırlar və onların yaşaması üçün ən əsas ehtiyaclarını qarşılayır”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Türkiyənin qaçqınlarla bağlı işi üçün 469 milyon avroya ehtiyacı var. İndiyədək bunun cəmi 9 faizi yerinə yetirilib.

Siyasət rubrikasından digər xəbərlər