Dünyada ən bahalı həyat standartlarının mövcud olduğu şəhərlərin siyahısını tərtibləyən "Economist İtelligence Unit" (EİU) tərəfindən hər il hazırlanan "Worldwide Cost of Living" reytinqi açıqlanıb.
Hafta.az-ın yazdığına görə, geyim xərclərindən tutmuş kirayə qiymətlərinədək müxtəlif məhsul və xidmətlərin maya dəyəri nəzərə alınmaqla yaradılan reytinqin ilk pillələrində Nyu York və Sinqapur qərarlaşıb. Bu ölkələri Tel-Əviv, Honq-Konq, Los-Anceles, Sevr, Cenevrə, San-Fransisko, Paris, Kopenhagen və Sidney izləyir.
Ukraynada müharibə başlayanda rublun sürətlə ucuzlaşması ilə rekord ucuzlaşan Moskva və Sankt-Peterburq şəhərləri siyahıda müvafiq olaraq 80 və 70 pillə yüksələrək 37 və 73-cü yerlərə yüksəliblər.
170-dən çox ölkədə qiymətlərin müqayisə edildiyi araşdırmada Ukraynadakı münaqişə səbəbindən bütün dünyada yaşayış minimumunun artdığı qeyd edilib.