Dünyanın ən təhlükəli yerləri

10:35 22.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən təhlükəli yerləri dedikdə ilk ağla gələn ziyarət edilməməsi lazım olan məhdud şəraitə malik ərazilərdir. Bəs əslində dünyanın ən təhlükəli yerləri haradadır? Bəziləri zəhər səpir, bəziləri isə hərarəti ilə yandırır. Həmin yerlərə nəzər salaq:

“Ölüm Vadisi”:

ABŞ-dakı “Ölüm Vadisi” yer üzündə qeydə alınan ən yüksək təbii temperatura malikdir. Bu vadidə 56,5 dərəcə temperatur qeydə alınıb. Deyilənə görə, bu vadidə su olmadan cəmi 14 saat yaşamaq mümkündür.

İlan adası:

Hər kvadratmetrdə orta hesabla 5 zəhərli ilan düşən ada Braziliyadadır. Kim adaya girsə, bir daha geri qayıda bilməz. Braziliya hökuməti ilanlarla dolu adaya girişi qadağan edib.

Danakil səhrası:

Eritreyada yerləşən bölgə təxminən 50 dərəcə isti ilə dünyanın ən təhlükəli yerləri sırasındadır. Afrikadakı səhra qorxulu olsa da, turistlərin diqqətini çəkir. Təcrübəli bələdçiniz olmasa, bura daxil olmaq qəti qadağandır.

Vaşinqton dağı:

Dünyanın ən sürətli küləklərinin zirvəsi kimi tarixə düşən region ABŞ-da yerləşir. Küləyin orta sürəti 327 km/saatdır və bunu təsəvvür etmək belə çətindir. Bu həm də dünyanın ən ölümcül nöqtələrindən biridir, burada temperatur - 40 dərəcəyə çatır.

Sinabunq vulkanı:

İndoneziyada yerləşən bu aktiv vulkan, demək olar ki, hər il püskürür və buraxdığı qazlar səbəbindən hətta ətrafdakı yaşayış məntəqələrini də məhv edir.

Madidi Milli Parkı:

Boliviyada yerləşən bu park dünyanın ən təhlükəli yerlərindəndir. Çünki dünyanın ən ölümcül bakterial faunasına ev sahibliyi edir. Hər hansı bitki ilə təmasda olmaq və ya hətta kiçik bir zədə ölümcül infeksiyalara səbəb ola bilər.

“Ölüm Vadisi”:

ABŞ-dakı “Ölüm Vadisi”nə bənzər adı olan başqa bir yer Rusiyada yerləşir. Bu vadidə havaya atılan zəhərli qazlar bitki və heyvanların dərhal ölümünə səbəb olur, insanlar ölümcül xəstəliklərə tutulurlar.

Bikini Atolu:

Okeanda gizlənmiş ərazi Marşal adalarında yerləşir. Çoxlu radioaktiv və nüvə təcrübələrinə ev sahibliyi edən adada yaşamaq demək olar ki, mümkün deyil. Dünyanın ən təhlükəli yerləri sırasında olan bölgədə radiasiya o qədər yüksəkdir ki, hər an xərçəngə tutulmaq olar.

Afar üçbucağı:

Efiopiyada Erta Ale vulkanının zirvəsinə yaxın bu ərazidə dünyada baş verən zəlzələlər nəticəsində daima lava ilə dolu olan iki hovuz var. Təhlükəli vulkanın sonunda nə olacağını heç kim bilmir.

Natron gölü:

Gölün səthindəki sıx duz təbəqəsi bu göllə təmasda olan insanların ölümünə səbəb olur. Tanzaniyadakı gölün ətrafında buraxdığı çox güclü hidrogen sulfid qazı da böyük zərər verə bilər.