Yazını böyüt
Yazını kiçilt
Əfqanıstanın Taliban hakimiyyəti Türkiyədə zəlzələdən zərərçəkmişlərə yenidən yardım edib.
Hafta.az-ın yazdığına görə, bundan əvvəl Əfqanıstan Türkiyəyə 2,1 milyon türk lirəsi həcmində yardım etmişdi. Məlumata əsasən, Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin sədri Mövləvi Mutiul Hak Halis Türkiyənin Kabildəki səfiri Cihad Erginayla görüşüb. Halis Əfqanıstan Qızıl Aypara Cəmiyyəti adından Türkiyədə zəlzələdən zərər çəkənlərə 4,5 milyon əfqani (təxminən 1 milyon lirə) həcmində ikinci yardım paketini verib.