Əgər ABŞ nüvə sınaqları keçirsə, biz də edəcəyik - Vladimir Putin

17:43 21.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib ki, ABŞ nüvə sınaqları keçirsə, Rusiya da bunu edəcək. Onun sözlərinə görə, "qlobal paritetin məhv edilə biləcəyi ilə bağlı heç bir illüziya olmamalıdır".

Prezident əlavə edib ki, Müdafiə Nazirliyi və Rosatom zərurət yaranarsa, nüvə sınaqları keçirməyə hazırlaşmalıdır, lakin Rusiya onları ilk keçirməyəcək.

Bundan əlavə, Putin Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını deyib və vurğulayıb ki, Moskva “müqavilədən çıxmır, lakin iştirakı dayandırır”.

Bununla bağlı o xatırladıb ki, fevralın əvvəlində NATO Rusiyadan “hərbi obyektlərimizə yoxlamalara icazə verməklə, strateji silahlar üzrə müqavilələrin icrasına qayıtmağı” tələb edən bəyanatla çıxış edib. "İndiki qarşıdurma şəraitində bu, bir növ cəfəngiyat kimi səslənir". Prezident və əlavə edib ki, "ABŞ və NATO birbaşa deyirlər ki, onların məqsədi Rusiyanı strateji məğlubiyyətə uğratmaqdır”.

Eyni zamanda, onun sözlərinə görə, “NATO faktiki olaraq START müqaviləsinin iştirakçısı olmaq üçün müraciət edib”. "Məsələnin belə bir formalaşdırılması gecikib - NATO-ya birdən çox nüvə dövləti daxildir", - Rusiya lideri vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər