Əli Əsədov Dağıstan Respublikası Xalq Məclisinin sədri ilə görüşüb

21:18 17.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb.

Hafta.az-ın məlumatına görə, görüş zamanı Zaur Askenderovun səfərinin Azərbaycanla Dağıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, o cümlədən qanunverici orqanların qarşılıqlı fəaliyyətinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Tərəflər Azərbaycan və Dağıstan arasında müxtəlif sahələrdə münasibətlərin inkişafını müsbət qiymətləndiriblər.

Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Siyasət rubrikasından digər xəbərlər