Əli Əsədov ərzaq və dərmanların qiymətinin artmasının səbəbini açıqlayıb

12:10 09.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir sıra millət vəkilləri tərəfindən istehlak bazarında ərzaq qiymətlərində və dərman qiymətlərinin artımından narahatlıq ifadə edilib”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir vurğulayıb ki, son dövrdə müşahidə olunan regional və qlobal siyasi gərginlik, Rusiya və Ukrayana arasında münaqişə, qlobal təchizat zəncirində qırılma, logistika xərclərinin artımı bahalaşmaya, qıtlığa, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub.

Qeyd edək ki, bu gün 2023-cü ilin dövət büdcəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Dövlət büdcəsinin əvvəl müzakirə olunan variantına müxtəlif dəyişikliklər edilib. Büdcəyə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq olunub.

Oxunma sayı 1524
Siyasət rubrikasından digər xəbərlər