Əli Əsədov Qazaxıstan Baş nazirinin müavini ilə görüşüb

23:16 07.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 7-də Qazaxıstan Respublikası Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafı qeyd olunub. Tərəflər ikitərəfli əmtəə dövriyyəsinin artım sürətini müsbət qiymətləndiriblər.

Görüşdə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının gündəliyində duran məsələlərə toxunulub.

Tərəflər, həmçinin ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək perspektivləri müzakirə ediblər.

Siyasət rubrikasından digər xəbərlər