Əmək pensiyaları artırıldı - Qanun təsdiqləndi

14:33 08.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Hafta.az xəbər verir ki, qanuna əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin birinci cümləsində “2022-ci il yanvarın 1-dən 240” sözləri “2023-cü il fevralın 1-dən 280” sözləri ilə əvəz edilib.

Bu Qanun 2023-cü il fevralın 1-dən tətbiq edilir.

Bununla da Azərbaycanda əmək pensiyalarının 240 manatdan 280 manata qaldırılması təsdiqlənib.

Oxunma sayı 144
Siyasət rubrikasından digər xəbərlər