Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcək - QANUN

15:47 10.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Hafta.az xəbər verir ki, Qanuna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 220-ci maddəsinə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilib:

“6. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər.”.

Siyasət rubrikasından digər xəbərlər