Yazını böyüt
Yazını kiçilt
Statistik məlumatlara görə, dünyada ən çox çay istehlak edən ölkələrin siyahısına Türkiyə başçılıq edir. Qardaş ölkədə əhalinin 90 faizi müntəzəm olaraq çay istehlak edir.
Hafta.az-ın yazdığına görə, bu nisbət Türkiyəni əsl “çay ölkəsi” edir. Türkiyəni 83 faizlə Keniya, 83 faizlə Pakistan, 80 faizlə Mərakeş və 72 faizlə Hindistan izləyir.
Çay mədəniyyəti ilə tanınan ölkələrdən olan İrlandiyada əhalinin 69 faizi, Böyük Britaniyada isə 59 faizi çay içməyə üstünlük verir. Avropanın ən iri dövləti olan Almaniyada isə çay istehlakı 56 faiz təşkil edir.
Dünyanın ən böyük iqtisadiyyatları olan ABŞ 49 faiz və Çin 45 faizlə sonrakı yerləri tuturlar.