Ərdoğan zəlzələ bölgəsində zərəçəkmiş insanlarla görüşür -FOTO

17:48 08.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin episentri Kahramanmaraşın Pazarcık bölgəsində zərərçəkmiş insanlarla görüşür.

Hafta.az-ın məlumatına görə, Ərdoğan bundan əvvəl Kahramanmaraşda qurulan çadırları ziyarət etdi.

R.T.Ərdoğanın daha sonra Hataya gedərək zəlzələ araşdırmalarını yaxından izləməsi gözlənilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Oxunma sayı 134
Siyasət rubrikasından digər xəbərlər