Yazını böyüt
Yazını kiçilt
Xankəndindən bir qrup erməni qadın Şuşa-Xankəndi yolundakı Şuşa-Şuşakənd yolayrıcınadək edib.
Hafta.az xəbər verir ki, bu haqda panorama.am məlumat yayıb.
Qadınların əllərində erməni, rus və ingilis dillərində “Artsaxın öz müqəddəratını təyin etməsi yeganə alternativdir”, “Biz təslim olmuruq”, “Yaşamaq hüququmuzu təmin edin” kimi Azərbaycanın suverenliyinə qarşı yönəlmiş təxribatçı yazılar olan plakatlar tutublar.
“Biz öz mövqeyimizi 1988-ci ildə bildirmişik, bu gün bir daha təsdiq edirik”, - deyə yürüşdə iştirak edən separatçı və revanşist ruhlu erməni qadınlar çağırış ediblər.
Yürüş zamanı separatçı-terrorçu rejimin qondarma “himni” də səsləndirilib.