Ermənistan sürətlə silahlanır - HƏRBİ XƏRCLƏR ÜÇ DƏFƏ ARTIRILIR

19:13 04.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan hərbi büdcəsini50 faiz artıracağını açıqlayıb.

Hafta.az EurasiaNet-ə istinadla bildirir ki, hökumətin sentyabrın 29-da Nazirlər Kabinetinin iclasında təqdim etdiyi büdcə layihəsinə əsasən, hərbi xərclər 501 milyard dram (1,2 milyard dollardan çox) təşkil edəcək. Bu, dram ifadəsində 2022-ci illə müqayisədə 47 faiz, dollar ifadəsində isə daha çox artım deməkdir.

Qanun layihəsində əlavə vəsaitin konkret olaraq nəyə yönəldiləcəyi göstərilmir, lakin büdcənin “döyüş maşınları, avadanlıqlar, rabitə sistemləri, mümkün daxili silah və sursatların alınması” daxil olmaqla, prioritetlərə xərclənəcəyi bildirilir.

"Ermənistanda hərbi tədarüklə bağlı vəziyyət Rusiyanın bu ilin əvvəlində Ukraynada xüsusi əməliyyat keçirməsindən sonra pisləşib. Nəticədə, görünür, Ermənistana silah tədarükündə faktiki inhisarda olan Rusiya Federasiyasından silah təchizatı dayandırılıb. Nazirlər Kabinetinin iclasında baş nazir Nikol Paşinyan “müttəfiqlər” tərəfindən silah-sursat tədarükündə fasilələr olduğunu xatırladıb.

“Onlar [Azərbaycan] imkan daxilində Ermənistana silah və sursatın verilməsinin qarşısını almağa çalışırlar”, - deyə o bildirib: “Elə hallar var ki, yüz milyonlarla dollar ödəniş edilib, lakin tərəfdaş ölkələr öz öhdəliklərini yerinə yetirmirlər."

Oxunma sayı 2083