Ermənistanda “Qarabağ Azərbaycandır!” deyənlər HƏBS OLUNA BİLƏR

17:57 12.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan MSK-ya 66 vətəndaşdan ibarət qrupdan “Mülki təşəbbüs kimi Cinayət Məcəlləsinə  əlavə layihənin təklif edilməsi üçün təşəbbüs qrupunun yaradılması haqqında” ərizə daxil olub.

Hafta.az erməni KİV-ə istinadla bildirir ki, MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, ərizələri MSK-ya “HayaQue” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Aram Petrosyan təqdim edib.

HayaQue mülki-qanunvericilik təşəbbüsü Ermənistan adından Qarabağı Zərbaycan dövlətin bir hissəsi kimi tanıyan istənilən hərəkəti, eləcə də Erməni Soyqırımının əhəmiyyətini azaldan hərəkətləri cinayət hesab etməyi təklif edir. Təşəbbüsün üzvlərindən biri də “Konsolidasiya” hərəkatının koordinatoru Avetik Çalabyandır.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ sakinlərinin hüquqlarına və təhlükəsizliyinə təminat verilməklə, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduğunu bəyan edib.

Siyasət rubrikasından digər xəbərlər