Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xəstəxanaya yerləşdirilib.
Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri məlumat yayıb.
Sabiq ölkə başçısı "Best Life" erməni-yapon tibb mərkəzinə yerləşdirilib. Məlumata görə, bu xəstəxanada işləyən kardioloq, direktorun müşaviri Xaçik Ambarsumyan Ter-Petrosyanın şəxsi həkimidir.
“Lakin Ter-Petrosyanın ofisindən məlumata dair heç bir təsdiq və ya təkzib ala bilmədik. Eks-prezidentin sözçüsü Arman Musinyan öncə zənglərimizə cavab vermədi, cavab verəndə isə sualımızı dinlədikdən sonra dedi: “Mən məşğulam, sizə zəng edəcəm". Odur ki, bunun planlı müayinə olduğunu, yoxsa Ermənistan eks-prezidentinin doğrudan da hansısa səbəbdən müalicə aldığını öyrənə bilmədik. Bizə yalnız Ter-Petrosyanın ürək problemləri olduğu məlum olub"- erməni qəzeti belə yazır.