ETSN nümayəndələri tanışlıq səfəri edib

14:48 16.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Nəqliyyat Agentliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə yaratdığı işçi qrup paytaxtda əlverişli ekoloji mühitin formalaşdırılması, nəqliyyat vasitələrindən atılan zərərli tullantıların miqdarının azaldılması məqsədilə birgə layihələrin və tədbirlərin hazırlanaraq icrasını təmin edəcək.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən xəbərə görə, işçi qrup çərçivəsində ETSN nümayəndələri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) tanışlıq səfəri edib.

Nazirliyin təmsilçilərinə Mərkəzin fəaliyyət istiqamətləri, o cümlədən Coğrafi İnformasiya Sistemlərinin (CİS) idarə olunması ilə bağlı proqram təminatı-elektron xəritə və “Hava keyfiyyətinin indeksi” layihəsi haqqında məlumat verilib. Görüş iştirakçıları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin iş prosesi ilə əyani tanış olublar.