İsveçrənin Bazel Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ev almaq uzunmüddətli xoşbəxtliyə töhfə vermir. Hafta.az bildirir ki, araşdırmaların nəticələri Journal of Happiness Studies jurnalında dərc olunub.
Psixoloqlar qrupu 800 almaniyalının öz mülklərini satın almadan əvvəl və sonra fikirlərini öyrənib. Satın almadan təxminən üç ay əvvəl, hər bir iştirakçıdan sorğu zamanı nə qədər xoşbəxt olduqlarını və beş ildən sonra özlərini nə qədər xoşbəxt gördüklərini 1-dən 10-a qədər miqyasda qiymətləndirmələri istənilib. Məlum olub ki, sorğuda iştirak edənlərin əksəriyyəti həddən artıq optimist olub və ev almaq onların sonda uzunmüddətli həyat məmnunluğuna təsir etməyib.
Gəlir, iş uğuru və alıcılıq qabiliyyətinə yüksək dəyər verdiklərini bildirən iştirakçılar, ev almaqdan alacaqları xoşbəxtliyi daha çox qiymətləndirməyə meyllidirlər. Digər tərəfdən, ailəsinə, dostlarına, ictimai və siyasi fəaliyyətə daha çox əhəmiyyət verənlər ev almaqdan əldə etdikləri xoşbəxtliyi daha az qiymətləndiriblər.
İşin nəticələri ev almaq ehtiyacı ilə bağlı böyük sosial təzyiqə məruz qalan insanlar üçün böyük praktik əhəmiyyət kəsb edə bilər.