Yazını böyüt
Yazını kiçilt
Paytaxtın Binəqədi rayonunda oğurluq etdiklərinə görə S.Cəfərov və S.Bəyalıyev rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, aparılan əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin rayon ərazisində dörd evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyənləşdirilib.
Gəncə şəhərində R.Qəribovun idarə etdiyi “Ford” markalı avtomobildən 230 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən şəhər sakini O.Kualib isə Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Hər iki faktla bağlı təhqiqat aparılır.