Yazını böyüt
Yazını kiçilt
Futbol üzrə Avropa Çempionatının (AVRO-2020) Bakıda keçiriləcək oyunları ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş rejimdə çalışacaq.
Hafta.az-a FHN-dən verilən məlumata görə, UEFA Avropa Çempionatının bir neçə oyunu Bakı şəhərində keçirilməsilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən Nazirlikdə Qərargah yaradılıb.