FHN-in təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb

15:11 10.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gün təyyarə ilə qardaş ölkəyə yola salınıb.

FHN-dən hafta.az-a verilən məlumata görə, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib.

200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.