FHN-in Türkiyədəki mobil səhra hospitallarında 199 uşağa tibbi xidmət göstərilib- FOTO

11:55 20.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, hospitallarda ötən günlər ərzində ümumilikdə 199-u uşaq olmaqla 1090 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.