Siyəzən rayonunun Sədan kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə 170 ha quru ot, kol-kos, vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan talvarın altına yığılmış ot bağlaması, ümumi sahəsi 28 m2 olan anbarın içərisinə yığılmış buğda yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən hafta.az-a məlumat verilib.
Yaxınlıqdakı yaşayış evləri, köməkçi tikililər, neft buruqları və meşə zolağı yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Yanğın ərazisinin kəşfiyyatı zamanı kənd sakini, 1955-ci il təvəllüdlü Qambayev Nizami Əli oğlunun yanmış meyiti aşkar olunub.
Yanğın zamanı yanıq xəsarətləri almış, 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşah oğlu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. C.Zeynalov yerləşdirildiyi xəstəxanada vəfat edib.