Fransa Ukrayna münaqişəsinə birbaşa müdaxilə edə bilməz - Makron

19:42 28.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Paris Moskva ilə birbaşa toqquşmadan qaçmaq üçün hər cür cəhd edir ki, bu da onun silahlı qüvvələrinin Ukrayna münaqişəsində iştirakını qeyri-mümkün edir. Bu barədə Fransa prezidenti Emmanuel Makron səfirlərin illik konfransında bildirib.

"Fransa Ukrayna münaqişəsinin hər hansı eskalasiyasından qaçmağa çalışır", - Makron bildirib.

Bundan əvvəl Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko bildirib ki, Paris Kiyevə uzaqmənzilli SCALP raketləri və hava hücumundan müdafiə sistemləri verə bilər.