Füzuli və Ucar rayonlarından da Türkiyəyə yardım yollanıb

17:08 11.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Ucar və Füzuli rayonları da qoşulub.

Hafta.az xəbər verir ki, fevralın 11-də rayon icra hakimiyyətləri tərəfindən göndərilən humanitar yardımlar Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.

Füzuli və Ucar rayonlarından Türkiyəyə generator, qızdırıcı, yorğan-döşək, ədyal, gödəkcə, qış geyimi, çarpayı, fənər və konservləşdirilmiş qida məhsulları göndərilib.

Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.