Gələn ay Brüsseldə üçtərəfli görüş keçiriləcək

14:10 06.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabr ayında Brüsseldə Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.

Hafta.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında Praqada keçirilən görüşdə gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub.

Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 
Siyasət rubrikasından digər xəbərlər