Gəncədə həkim koronavirusdan vəfat etdi

11:10 12.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə Şəhər 3 saylı Xəstəxanasının həkim-travmotoloqu Mehman Hüseynov COVID-19-dan vəfat edib.

Hafta.az-ın məlumatına görə, 1970-ci il təvəllüdlü həkim əvvəlcə Goranboy xəstəxanasına aparılıb. Daha sonra vəziyyəti ağırlaşdığından Bakıya gətirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.