Yazını böyüt
Yazını kiçilt
Gəncədə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Məmmədov Xeyrəddin Abdı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.