Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi növbəti onlayn konfransını keçirib

17:43 05.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

05 noyabr 2020-ci ildə Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması istiqamətində beynəlxalq onlayn konfransların təşkili” layihəsi çərçivəsində dördüncü konfransını keçirib.

Layihənin məqsədi xaricdə yaşayan, orada dünyaya gəlib formalaşan gənclərimizi, soydaşlarımızı,  milli mədəniyyətimiz, incəsənətimiz,  tarixi həqiqətlərimiz, adət və ənənələrimizlə tanış etmək, onlarda milli təəssübkeşlik  və vətənpərvərlik hissini gücləndirmək, xarici lobbimizi formalaşdırmaqla ölkəmizi tanıtmaq və milli maraqlarımızı qorumaqdır. 

Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyinin sədri Xoşbəxt Seidova çıxış edərək, layihə haqqında məlumat verdi. Onun sözlərinə görə, həyata keçirilən layihə vasitəsilə milli qəhrəmanlarımızın və şəhidlərimizin şərəfli döyüş yolu haqqında veriləcək məlumatlar, yeniyetmə və gənclərin vətənə olan sevgilərini daha da gücləndirəcəkdir.

Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu,  İğdır-Azerbaycan dil, tarix və Kültür Birliyinin Yaşatma və Dəstəkləmə Dərnəyi rəhbəri Ziya Zakir Acar, Türkiyə Azərbaycan Dostuq Dərnəkləri Federasiyası iğdir Azerbaycan evinin sədri Sərdar Ünsal, Kayseri Azerbaycanlı Tələbələr Birliyinin sədri Əlixan Məhərrəmli, Adana Azerbaycan Kültür və Dayanışma Dərnəyi gənclik kolları Başkanı Elsever Əlizadə, Tarix institutunun tarix üzrə fəlsəfə doktoru dosent Nigar Axundov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru dosent Məlahət Fərəcova iştirak edərək mövzu haqqında ətraflı çıxış etdilər.

Ziya Zakir çıxış edərək bildirdi ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb.

Sərdar Ünsal isə vurğuladı ki, yeniyetmə və gənclər arasında əsl qəhrəmanlıq salnamələrinin təbliği, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına mühüm töhfə verəcək.

Məlahət Fərəcova isə  qədim tariximiz, memarlıq abidələrimiz haqqında təqdimat edərək ətraflı çıxış etdi və işğal altında olan ərazilərimizdəki qədim abidələrin erməni vandaları tərəfindən dağıdılaraq məhv edilməsi haqqında geniş məlumat verdi.