Gənclərlə növbəti görüş

17:57 06.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

06 noyabr 2020-ci ildə Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması istiqamətində beynəlxalq onlayn konfransların təşkili” layihəsi çərçivəsində beşınci konfransını keçirib.

Layihənin məqsədi xaricdə yaşayan, orada dünyaya gəlib formalaşan gənclərimizi, soydaşlarımızı,  milli mədəniyyətimiz, incəsənətimiz,  tarixi həqiqətlərimiz, adət və ənənələrimizlə tanış etmək, onlarda milli təəssübkeşlik  və vətənpərvərlik hissini gücləndirmək, xarici lobbimizi formalaşdırmaqla ölkəmizi tanıtmaq və milli maraqlarımızı qorumaqdır. 

Tədbirdə  Diaspora Komitəsinin Beynalxaq Əlaqələr və protokol söbəsinin baş məsləhətçisi siyasi elmlər üzrə fəlsəfə doktoru  İlqar Məcidli, Trabzon Azerbaycan Təhsil və Həmrəyli Klubu əməkdaşı Mətin Dostuməliyev, Bursa Uludağ Universiteti Azerbaycan Mədəniyəti və İncəsənət Birliyi numayəndəsi Solmaz İsmayılova, Türkiyə Azərbaycan Dostuq Dərnəkləri Federasiyası İğdir Azerbaycan evinin numayəndəsi Muhammet Ali Tanıq, Tarix institutunun tarix üzrə fəlsəfə doktoru dosent Nigar Axundov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun elmi katibi Səadət Ələkbərovaz  iştirak edərək mövzu haqqında ətraflı çıxış etdilər.