"Gender bərabərliyi hər zaman olduğu kimi, bizim diqqətimizdədir. Qadın sahibkarlar layihəsini icra edirik ki, bu, gender bərabərliyi layihəsinin tərkib hissəsidir".
Hafta.az-ın yazdığına görə, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, təmsil etdiyi İttifaqla Azərbaycan arasında əməkdaşlıq, dialoq mövcuddur və Aİ-nin başlıca tərəfdaşı Azərbaycan hökumətidir. “Əməkdaşlıqdan, gender bərbərliyindən söz düşəndə, vətəndaş cəmiyyətlərinin rolunu unutmaq olmaz. Vətəndaş cəmiyyətləri olmadan heç bir ölkə inkişaf edə bilməz və bu səbəbdən də onlar diqqətdə saxlanılmalıdır" deyən Mixalko əlavə edib ki, vətəndaş cəmiyyətlərinin fəaliyyət sahəsi genişləndirilməli, onların qrantlara çıxışı qanunla asanlaşdırılmalıdır”, - cənab Mixalko deyib.