Yazını böyüt
Yazını kiçilt
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə dərman preparatlarının, avto-ehtiyyat hissələrinin və kosmetik məhsulların qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən hafta.az-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda 2 ədəd “DAF” markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 2645 ədəd müxtəlif adda dərman preparatı, 441 ədəd dərman vasitəsinin istifadə təlimatı, həmçinin 53 ədəd müxtəlif avto-ehtiyyat hissəsi və 19 ədəd kosmetik məhsul aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.