Göyçayda traktor yanıb

17:39 23.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunun Xəlitli kəndində yanğın olub.

Hafta.az FHN-in saytına istinadən xəbər verir ki, "Беларус" markalı traktorun qoşqusunun yanar konstruksiyaları və içərisinə yığılan 3 ton ot bağlaması yanıb. Traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.