Gürcüstanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib

13:33 07.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili aprelin 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hafta.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

Siyasət rubrikasından digər xəbərlər