Yazını böyüt
Yazını kiçilt
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev sentyabrın 25-də bu ölkənin Baş prokuroru İrakli Şotadze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimizin prokurorluq orqanları arasında ikitərəfli hüquqi əməkdaşlığın gücləndirilməsi və mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məsələləri diqqət mərkəzində olub.