Hacıqabulda zəlzələ olub

21:37 02.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 2-də Əli-Bayramlı seysmoloji stansiyasından 34 kilometr şimal-qərbdə Hacıqabulda maqnitudası 3.2 olan zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:33-də qeydə alınıb.

Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.