Həftəsonu Bakıda küçələr dezinfeksiya ediləcək

11:49 13.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həftəsonu Bakıda küçələr dezinfeksiya ediləcək.

Paytaxtın kommunal strukturlarından hafta.az-a verilən məlumata görə, son günlərdə Covid-19-a yoluxanlarının sayında artımin olması nəzərə alınaraq noyabr ayının 14 və 15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.