“Həkimlik pul qazanmaq yox, insanlara xidmət üçün peşə olmalıdır” - Nazir

09:30 03.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan İslam Əmirliyi administrasiyasının İctimai Səhiyyə Nazirliyi “İslamda tibb” adlı konfrans keçirib.

Hafta.az-ın yazdığına görə, konfransda müxtəlif səhiyyə rəsmiləri, həkimlər və idarəçilər bir araya gəlib.

Konfransda İslam Əmirliyi administrasiyasının Dəvət, İrşad, Yaxşılığı əmr edib, Şərdən Qoruma naziri Şeyx Məhəmməd Xalid əl-Hənəfi də çıxış edib.

Hənəfi Əfqanıstanda həkimlərin cəmiyyət üçün xidmətlərindən məmnunluğunu ifadə edərək, bu xidmətin həm də dini vəzifə olduğunu bildirib. Nazir Hənəfi detyib ki. Hər bir möminin iman etdikdən sonra bütün şəxsi və ictimai vəzifələrini bu çərçivədə yerinə yetirməsi vacibdir.

Hənəfi həm də İslamda tibb elminin əhəmiyyətindən danışıb, Məhəmməd peyğəmbərin hədislərində çoxlu tibbi tövsiyə və faydaların olduğunu vurğulayıb. Deyib ki, cəmiyyətin islahatı və fəsadları üç təbəqənin əlindədir. Bunlar alimlər, həkimlər və idarəçilərdir.

Həkimlərin öz vəzifələrini yerinə yetirərkən niyyətlərini saleh tutmaları lazım olduğunu qeyd edən Hənəfi qeyd edib ki, tibb ticarət vasitəsi yox, ibadətdir. O, açıqlamasında həkimlərin göstərdiyi xidmətin İslam baxımından əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, həkimlik pul qazanmaq deyil, insanlara xidmət üçün peşə olmalıdır.