Cari ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq ayı ilə müqayisədə real ifadədə 8,5 faiz artaraq 873,8 milyon manat olub.
Dövlət Statistika Komitəsindən hafta.az-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 662,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,8 faizini təşkil edib. Cari ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla 86,3 manatlıq və ya ötən ilin müvafiq ayı ilə müqayisədə nominal ifadədə 13,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
2022-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci illə müqayisədə Bakı şəhəri üzrə 9,2 faiz, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 8,5 faiz, Şirvan-Salyan iqtisadi rayonu üzrə 8,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 8,4 faiz, Lənkəran-Astara iqtisadi rayonu üzrə 8,1 faiz, Qarabağ iqtisadi rayonu üzrə 7,7 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 7,5 faiz, Mərkəzi Aran iqtisadi rayonu üzrə 7,5 faiz, Abşeron-Xızı iqtisadi rayonu üzrə 7,1 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 6,9 faiz, Qazax-Tovuz iqtisadi rayonu üzrə 6,4 faiz, Mil-Muğan iqtisadi rayonu üzrə 2,5 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 0,4 faiz artıb.