Heroin satan qadın küçədə yaxalandı

10:28 20.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda narkotik alveri ilə məşğul olan qadın yaxalanıb.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtn Binəqədi rayonunda baş verib. Daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları rayon ərazisində keçirdikləri əməliyyat zamanı Binəqədi rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 178-ci(dələduzluq) maddəsilə məhkum olunmuş, 1985-c il təvəllüdlü Firuzə Mənsimovanı saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,213 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.