Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib -FOTO

09:00 05.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqla bağlı paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşımda deyilir:

"Edilli kəndində birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış və öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı aşkar edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir”.

Oxunma sayı 879